• cümə, 19 Aprel, 09:07
  • Baku Bakı 13°C

Ermənistan silahlı bölmələri atəşkəsi 118 dəfə pozub

12.03.17 12:00 707
Ermənistan silahlı bölmələri atəşkəsi 118 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan, Voskevan, Berdavan, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Qaymaqlı, Quşçu Ayrım, Kəmərli, Fərəhli kəndlərində, Berd rayonunun Ayqedzor, Ayqepar, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli,Ağdamkəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Göyarx, Çiləbürt,Ağdamrayonunun Mərzili, Qaraqaşlı, Sarıcalı, Şıxlar, Yusifcanlı,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Aşağı Seyidəhmədli,Cəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər,Xocavənd,FüzulivəCəbrayılrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər