• cümə, 19 Aprel, 16:16
  • Baku Bakı 25°C

Ermənistan sənədləri gizlətməkdə davam edir

27.04.15 12:48 800
Ermənistan sənədləri gizlətməkdə davam edir
Rusiyanın görkəmli alim-türkoloqu, Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika ölkələri İnstitutunun prezidenti Mixail Meyer hesab edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən faciəvi hadisələrə dair bütün sənədlər üzə çıxarılmalıdır. “Türkiyənin materiallarının sayı çoxdur. “Daşnaksütun” isə əvvəlki kimi, heç nə dərc etməyərək, bunun səbəblərini gizlədir. Türkiyənin malik olduğusənədləri görmüşəm, bu materiallarla hər şey aydındır. Bəs “Daşnaktsütun”un sənədləri haradadır?. Bu sənədlər hansısa Amerika arxivlərində gizlədilib, onları dərc etmək istəmirlər”, - deyə M.Meyer “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib. ““Daşnaksütun” XX əsrin əvvəllərində Ermənistanın aparıcı partiyası olub və indi də erməni diasporunun ən çox üzvü olan partiyası olaraq qalır. M.Meyer hesab edir ki, tarixlə yalnız sənədlər əsasında məşğul olmaq mümkündür, “sənədlər olmadığı halda isə tarix mövzusu ətrafında spekulyasilalar başlayır”. Nəticədə “soyqırımı tarix ətrafında spekulyasiyaya çevrilib”, - deyə tarixçi qeyd edib. “Sənədlər təqdim olunmalıdır. Yüz il keçib. Burada gizlədiləsi nə var? Sənədləri göstərin və biz, tarixçilər, əslində nə baş verdiyinə qərar verək. Lakin əgər tərəflərdən biri sənədləri nəşr edir, digər tərəf isə etmirsə, bir tərəfə meyllilik düzgün olmayacaq”, - deyə M.Meyer qeyd edib.
banner

Oxşar Xəbərlər