• cümə, 19 Aprel, 23:03
  • Baku Bakı 24°C

Ermənistan Rusiyadan 12 qırıcı almağı planlaşdırır

18.02.19 12:23 408
Ermənistan Rusiyadan 12 qırıcı almağı planlaşdırır
Ermənistan 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlində 4 ədəd Rusiya istehsallı Su-30SM qırıcısı almağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu Ermənistanın müdafiə naziri David Tonoyan Əbu Dabidə keçirilən IDEX-2019 Beynəlxalq Müdafiə Sərgisi zamanı RİA Novosti-yə açıqlamasında deyib.
O, Ermənistanın ümumilikdə 12 belə təyyarə almaq niyyətində olduğunu bildirib:
"Biz Su-30SM qırıcılarının növbəti hissəsinin tədarükü ilə bağlı danışıqları davam etdiririk. İlk hissəni bu il, ən uzağı gələn ilin əvvəlində almağı planlaşdırırıq".
Xatırladaq ki, ötən ay Ermənistan və Rusiya arasında 4 ədəd Su-30SM qırıcılarının alışı haqqında müqavilə imzalanıb. Rusiya tərəfi ciddi güzəştlərə gedərək nəinki kredit ayırıb, həmçinin təyyarələri ixrac qiymətinə deyil, ölkədaxili qiymətə satıb.
banner

Oxşar Xəbərlər