• şənbə, 20 Aprel, 12:24
  • Baku Bakı 23°C

Ermənistan Rusiya telekanallarında təhqir olundu

30.11.17 10:00 2980
Ermənistan Rusiya telekanallarında təhqir olundu
Rusiya mediası və əsasən də telekanalları Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma barədə imzaladığı sazişi geniş müzakirə etməkdədirlər. Tok-şoularda işğalçı dövlət sözün əsl mənasında təhqir olunur və aşağılanır. Sözsüz ki, bütün bunlar telekanalların özlərinin "məhsulu” və yaradıcılığı deyil. Bütün bunlar ən yüksək səviyyədə hazırlanır, tapşırıq kimi hakimiyyətin nəzarəti altında olan telekanallara ötürülür. Bəlli olduğu kimi, rəsmi Yerevan ötən günlərdə Aİ-nin "Şərq tərəfdaşlığı” ilə əməkdaşlığı genişləndirmək barədə sazişə imza atıb. Rusiyanın Birinci kanalında efirə gedən "Zaman göstərər” tok-şousunda ekspertlər - polşalı politoloq Tomaş Maçeyçuk və jurnalist Maksim Şevçenko arasında gedən müzakirədə Ermənistan aşağılanıb. Gərginlik diskussiya zamanı polyak politoloq Şevçenkodan "Ermənistan sizin düşmənizdir, yozsa müttəfiqinizdir” sualını verməsi zamanı yaranıb. Şevçenko da fikirləşmədən "Rusiyanın müttəfiqi olan hissə bizim müttəfiqimizdir, sizin müttəfiqiniz olan hissə isə bizim düşmənimizdir” deyib. "Bəs Qarabağ kimindir”, - deyə Maçeyçuk ardınca soruşub. Jurnalist də cavabında bildirib ki, "Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanın məsələsi də Moskva, Ankara və Tehran arasında üçlü müqavilə ilə tənzimlənməlidir”.
Başqa bir nüfuzlu kanalda NTV-də efirə gedən "Görüş yeri” proqramında da bu məsələ müzakirə mövzusu olub. Tok-şounun aparıcısı Norkin bildirib ki, Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir və Dağlıq Qarabağ münaqişəsinin yeni qüvvə ilə güclənməsinə qarşıdır. Bu zaman aparıcı Olqa Belova qeyd edib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsində neytral mövqe tutan Rusiyadan fərqli olaraq Ermənistandan tanınmamış respublika ərazisindəki qoşunlarının çıxarılmasını tələb edir. Eyni zamanda xatırladıb ki, Azərbaycan "Şərq tərəfdaşlığı” sammitinin yekun bəyannaməsinə üzv dövlətlərin ərazi bütövlüyünə dəstəyi nəzərdə tutan bəndi salmağa müvəffəq olub. Ermənistanın israr etdiyi xalqların öz müqəddəratını təyin etmə barədə bənddən isə bəyannamədə söhbət belə getmir. Beləliklə, Belovanın qənaətincə, rəsmi Bakı "Şərq tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində öz xeyrinə uyğun bəndi salmağa müvəffəq olub. Rusiyanın məşhur politoloqu Sergey Markov isə hesab edir ki, Aİ ilə Ermənistan arasında imzalanan saziş Rusiyaya qarşı hücuma hazırlıq mənasını kəsb edir. Onun sözlərinə görə, bu saziş Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinə işarədir. "Birincisi, Yerevanın Moskvaya qarşı iradları var. Onların qənaətincə, biz onlara az pul veririk. İkincisi, Hitlerin tərəfdarı olan Njdenə münasibətdə bizimlə onlar arasında fikir ayrılığı mövcuddur. Ona Ermənistanda heykəl qoyur, mili qəhrəman adlandırırlar. Bundan əlavə, Ermənistan tərəfindən Rusiyanın daxili işlərinə qarışmaq cəhdləri olub. Rusiya telekanallarına təzyiq göstərərək, Njde barəsində nasist cinayətkar ifadəsini işlətməməyi tələb ediblər. Axı o bildirirdi ki, Almaniya uğrunda ölən Ermənistan uğrunda ölmüş olur”. "Nə üçün Avropa İttifaqı Avrasiya İqtisadi İttifaqına üzv olan Ermənistana güzəşt edərək, onunla birgə sazişə imza atdı” sualına cavab verən S.Markov "Avropalılar elə belə də deyirlər – "Ermənistan Gömrük İttifaqına üzv olunduğundan bizə ona Ukraynayla olduğu kimi öz şərtlərimizi irəli sürə bilmərik. Əvvəlcə bu şərtləri onlara yeridək, sonra isə digər məsələləri həll edərik”. Avropalılar mütəmadi olaraq Ermənistana öz şərtlərini yeridəcəklər. Avropa İttifaqı vəziyyəti münaqişə həddinə çatdıracaq. Avropa İttifaqı Rusiya ilə postsovet məkanında əməkdaşlıq etmir. Halbuki, biz bu əməkdaşlığı təklif etmişdik”, - deyə Markov NTV telekanalında efirə gedən verilişdə bəyan edib.
Öz növbəsində politoloq Oleq Barabanov da hesab edir ki, Ermənistan Avropaya heç gərək də deyil və əsas məqsəd Avrasiya İqtisadi İttifaqına paz çalmaqdır. "Və burada sualı Avropaya deyil, Ermənistana vermək gərəkdir. 2013-cü ildə bu ölkə şərti mənada desək, azad idi və Avropa İttifaqının Assosiativ üzvlüklə yanaşı, Avrasiya İqtisadi İttifaqı arasında seçim etməkdə müstəqil idi. Ermənistan Aİ-ni seçdi. İndi Ermənistan müstəqil deyil. O, Aİİ-nin tamhüquqlu üzvüdür. Lakin baxın, Avropa İttifaqı ilə saziş imzalayır”, - deyə Barabanov əsəbi formada bəyan edib. Onu da qeyd edək ki, NTV-də gedən diskussiya ermənilər üçün çox təhqiredici formada keçib. Məsələn, politoloq Nikolay Starikov Ermənistanın Aİ ilə imzaladığı sazişlə, Rusiyanın Ermənistanla imzaladığı sazişlər arasında paralellər aparıb. Bu zaman o, Ermənistanı həm xəz şuba, həm də sırğa almaq istəyən arvad rolunda göstərib. Politoloq Gevorq Mirzoyan isə belə vəziyyətdə yumşaq ritorika nümayiş etdirməyi və arvadı zor gücünə bağlı qapılar arxasında saxlamamağı məsləhət görüb. O, hətta Ermənistanı onun-bunun qucağında oturan ev pişiyinə bənzədib. Aparıcı Olqa Belova isə cavabında bildirib ki, pişikləri axtalamaq da mümkündür.
Maraqlısı odur ki, xanım aparıcı verilişi aşağıdakı sözlərlə bitirib – "gəlin, indi də başqa bir gəzəyən arvada - Belarusa keçək”. Bu zaman Gevork Mirzoyan deyib ki, Rusiyadan həddən artıq asılılıq Ermənistana çox ciddi zərbə vurur. "Ermənistan bu gün 48 faiz Rusiyadan asılıdır. Bu asılılıq getdikcə gərgin xarakter alır. Əgər siz Rusiya-Ermənistan İttifaqında bərabər hüquqda deyilsinizsə və özünüzü kiçik tərəfdaş hesab edirsinizsə - bu, hər zaman gərginlik yaradır”. Öz növbəsində rusiyalı politoloq Boris Nadejdin bildirib ki, erməni həmkarının məntiqindən dəhşətə gəlib. "Onun məntiqi belədir: mən balacayam, lakin qürurlu qızam. Artıq bakirəliyi də əldən gedib, lakin yenə də özünü qürurlu qız kimi hiss edir”, - deyə Nadejdin vurğulayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər