• çərşənbə axşamı, 16 aprel, 10:57
  • Baku Bakı 14°C

"Ermənistan qeyri-konstruktiv mövqe tutaraq, münaqişəni uzatmağa çalışır"

16.03.18 12:55 588
"Ermənistan qeyri-konstruktiv mövqe tutaraq, münaqişəni uzatmağa çalışır"
"Təəssüflə qeyd etməliyəm ki, ötən illər ərzində Ermənistan və Azərbaycan arasında mövcud olanDağlıq Qarabağmünaqişəsinin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb”.
APA-nın məlumatına görə, bunuMilli Məclisin bu gün keçirilən plenar iclasında baş naziriArtur Rasizadəhökumətin ötən il üzrə hesabatını təqdim edərkən deyib.
Baş naziri bildirib ki, bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişəni uzatmağa çalışmasıdır.
"Dövlət başçısı hər zaman bu problemi nəzarətdə saxlayır, beynəlxalq tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllini tələb edir. Ali Baş Komandanın rəhbərliyi ilə hərbi gücümüzü durmadan artırırıq, ordunu müasir hərbi sursatlarla təmin edirik. Müdafiə sənayesinin inkişafı üçün bu sahəyə ayrılan vəsait 13,5 dəfə artırılıb,” - deyə A.Rasizadə qeyd edib.
banner

Oxşar Xəbərlər