AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistan Prezidenti və Paşinyan arasında görüş keçirilib

Ermənistan Prezidenti və Paşinyan arasında görüş keçirilib

Təfsilat
01 Mart 2021, 17:00 488
Ermənistan prezidenti Armen Sarkisyan və Baş nazir Nikol Paşinyan arasında görüş keçirilib.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. 
Bildirilib ki, N. Paşinyan Ermənistan prezidentinin səhhətində yaranmış problemlə əlaqədar onu evində ziyarət edib.
Mətbuat xidməti kütləvi informasiya vasitələrində görüş zamanı N. Paşinyanın A. Sarkisyana Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsinə dair Fərmanı imzalaması üçün təzyiq etməsi barədə yayılan məlumatları təkzib edib. 
Tərəflər ölkədə daxili siyasi vəziyyəti müzakirə ediblər.