AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib

Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib

Təfsilat
29 Noyabr 2020, 18:40 248
Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın istefasının vacibliyini bildirib.
Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə A.Sarkisyan Rusiyanın Ermənistan icmasının nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, Ermənistan çətin böhran vəziyyəti ilə üzləşib:
"Belə böyük bir faciənin baş verdiyi hər bir ölkədə bir həll yolu var: buna səbəb olan hökumət getməlidir. Siyasətçi güclüdürsə, sonra geri qayıda bilər. Əvvəlki seçkilər 2,5 il əvvəl keçirilib, o zaman ölkə tamamilə fərqli idi, indi fərqli bir ölkədə yaşayırıq".
O qeyd edib ki, bu, bir ölkənin, bir dövlətin deyil, bir xalqın böhranıdır - psixoloji, maliyyə, iqtisadi, humanitar böhrandır.