• cümə axşamı, 25 aprel, 16:58
  • Baku Bakı 23°C

Ermənistan prezidenti beynəlxalq hüququ pozduqlarını rəsmən etiraf etdi - Türkiyə hökuməti

01.10.20 23:35 462
Ermənistan prezidenti beynəlxalq hüququ pozduqlarını rəsmən etiraf etdi - Türkiyə hökuməti

Ermənistan prezidenti Armen Sarkisyanın digər ölkələrin vətəndaşları olan ermənilərin Dağlıq Qarabağdakı döyüşlərdə vuruşduqları və vuruşa bilmələri barədə açıqlaması beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.
Türkiyə hökumətindən qeyd ediblər ki, beləliklə, Ermənistan hakimiyyəti dolayısı ilə beynəlxalq hüququ pozduqlarını etiraf edib: "Milliyyətindən asılı olmayaraq, başqa bir ölkənin vətəndaşı başqa bir ölkənin ərazisində, xüsusilə işğal olunmuş ərazilərdə döyüşə bilməz".
Hökumətdən həmçinin bildiriblər ki, A.Sarkisyan bu faktı ermənilərin 1915-ci il hadisələrinin təkrarlanmasının qarşısını almaq üçün guya döyüş əməliyyatlarında iştirak etməsi ilə izah etməyə çalışır: "Bir daha təkrar edirik ki, A.Sarkisyanın bəyanatı beynəlxalq hüququn kobud şəkildə pozulmasını nəzərdə tutur və digər ölkələrin vətəndaşlarının Dağlıq Qarabağdakı hərbi münaqişədə iştirakı cinayət xarakteri daşıyır".
Qeyd edək ki, oktyabrın 1-i Ermənistan prezidenti Armen Sarkisyan "Əl Cəzirə" telekanalının efirində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib.
S.Sarkisyan bildirib: "Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik".
banner

Oxşar Xəbərlər