• şənbə, 27 Aprel, 04:04
  • Baku Bakı 14°C

Ermənistan parlamentinin sədri Kiprdə təhqirlə qarşılanıb - VIDEO

25.10.21 09:30 238
Ermənistan parlamentinin sədri Kiprdə təhqirlə qarşılanıb - VIDEO
Ermənistan parlamentinin sədriAlen SimonyanKiprdə öz həmvətənləri tərəfindən "satqınlar", "ermənilərin qatilləri" təhqirləri ilə, etiraz aksiyası ilə qarşılanıb.
"Report”"Yerkir.am”a istinadən xəbər verir ki, bununla bağlı görüntüləri Kipr ermənisi Akop Manukyan sosial şəbəkədəki hesabında paylaşıb.
Videogörüntüdə Kiprdə Ermənistan Milli Məclisinin spikerinin nümayəndə heyətini qarşılanması əks olunur.
Alen Simonyanın avtomobilindən düşməsindən sonra onun gəlişi əleyhinə aksiya keçirən etirazçılar qışqıraraq "satqınlar", "ermənilərin qatilləri", "Səni burada görmək istəmirik", - deyə etiraz etməyə başlayıblar. Qeyd edilir ki, gənclər aksiyaya Ermənistanın baş naziri Nikol Paşinyan rejimini ittiham edən plakatlarla gəliblər.
banner

Oxşar Xəbərlər