• cümə, 29 Mart, 02:49
  • Baku Bakı 7°C

Ermənistan parlamenti Rusiya ilə imzalanmış sazişləri təsdiqlədi

23.12.13 11:55 1132
Ermənistan parlamenti Rusiya ilə imzalanmış sazişləri təsdiqlədi
Ermənistan parlamenti növbədənkənar iclasında təbii qaz, neft məhsulları və emal olunmamış almazın təchizatı, eləcə də qazın yeni qiyməti və “ArmRosqazprom” şirkətinin səhmlərinin 20 faizinin Rusiyaya verilməsinə dair Ermənistan və Rusiya hökumətləri arasında imzalanmış sazişləri ratifikasiya edib.
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə zamanı “Erməni Milli Konqresi”, “İrs”, “Çiçəklənən Ermənistan” və “Daşnaksutyun” partiyalarını təmsil edən deputatlar zalı tərk ediblər. Nəticədə içəridə 120 deputatdan 77-si qalıb və onların hamısı sazişlərin lehinə səs verib.
Səsvermə zamanı parlamentin önündə keçirilən etiraz aksiyasının 3 iştirakçısı zala daxil olub və onlar əllərindəki plakatla tribunanın önündə dayanıblar. Fasilə elan olunduqdan sonra onlar çıxarılıb. Sədr Ovik Abramyan bildirib ki, müxalifətçilər hakimiyyətdəki Respublika Partiyasının deputatlarının səsvermə kartlarını götürüblər. Bu səbəblə səsvermə köhnə qaydada, əl qaldırmaqla keçirilib.
banner

Oxşar Xəbərlər