• cümə, 29 Mart, 16:05
  • Baku Bakı 14°C

Ermənistan parlament seçkilərinə müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib

15.03.17 14:10 528
Ermənistan parlament seçkilərinə müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib
Ermənistan aprelin 2-də keçiriləcək parlament seçkilərini izləməyə müşahidə missiyası göndərmək üçün Azərbaycana müraciət edib.
APA-nın "aysor.am" saytına istinadən verdiyi xəbərə görə, Ermənistanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə müşahidə missiyası göndərilməsi üçün baş nazir Karen Karapetyanın imzası iləMDBüzvü olan bütün ölkələrə məktub ünvanlanıb.
Bu barədə İrəvanda jurnalistlərə açıqlamasında məlumat verənMDBİcraiyyə Komitəsi sədrinin müavini Viktor Quminski bildirib ki, dəvət bütün üzv ölkələrə göndərilsə də, yalnız Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarus dəvəti müsbət cavablandırıb.
Həmin ölkələrdən ümumilikdə 76 müşahidəçi Ermənistanda parlament seçkilərini izləyəcək.
Sosial səhifələrdə paylaş
banner

Oxşar Xəbərlər