• şənbə, 20 Aprel, 00:09
  • Baku Bakı 15°C

Ermənistan ordusunda rüşvətxorluq halları baş alıb gedir

25.02.21 20:45 419
Ermənistan ordusunda rüşvətxorluq halları baş alıb gedir
Ermənistan ordusunda hərbi qulluqçuların müxtəlif vəzifələrə təyin edilməsi üçün böyük miqdarda rüşvət vermələri ilə bağlı çoxlu sayda qalmaqal yaşanır. Sosial şəbəkələrdə paylaşılan məlumatlar onu göstərir ki, Ermənistan ordusunda rüşvətxorluq baş alıb gedir və Müdafiə Nazirliyi bunun qarşısını heç cür ala bilmir.
AZƏRTACerməni KİV-lərinə istinadla xəbər verir ki, yayılan xəbərlərdə Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində zabitlərdən yuxarı vəzifəyə təyin olunmaq, tabor komandiri olmaq üçün 7000, bölük komandiri vəzifəsinə təyin olunmaq üçün 2500-4000, müqaviləli hərbi xidmət üçün isə 1000-2000 ABŞ dolları məbləğində rüşvət tələb edildiyi bildirilir. Sosial şəbəkələrdə yazılan məlumatlarda o da iddia edilir ki, yerindən asılı olaraq qiymətlər dəyişilə bilər. Yəni, "yaxşı” yerə təyinat almaq üçün yüksək məbləğdə rüşvət tələb olunur.
Maraqlı odur ki, Ermənistan Müdafiə Nazirliyi həm rüşvətxorluq halları, həm də bununla bağlı yayılan məlumatlara heç bir reaksiya vermir.
banner

Oxşar Xəbərlər