• çərşənbə axşamı, 19 mart, 12:47
  • Baku Bakı 8°C

Ermənistan ordusunda ciddi korrupsiya faktı aşkar edilib

21.08.19 20:45 15066
Ermənistan ordusunda ciddi korrupsiya faktı aşkar edilib
Ermənistan Müdafiə Nazirliyində ciddi korrupsiya faktı aşkar edilib.AZƏRTACerməni KİV-lərinə istinadla xəbər verir ki, bu ölkənin Təhlükəsizlik Xidmətinin mətbuat xidməti ictimaiyyətə xüsusilə böyük miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi faktını açıqlayıb.
Məlumatda bildirilir ki, aparılan təhqiqatın ilkin nəticələrinə görə, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri bir tədarükçü şirkətlə cinayət əlaqəsinə girərək şişirdilmiş qiymətlərlə mal və avadanlıq tədarükü üzrə kontrakt imzalayıblar. Bunun nəticəsində nazirlik tədarükçüyə malın dəyərindən 21,7 milyon dram (45 min dollar) çox vəsait ödəyib. Həmin məbləğ isə Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən mənimsənilib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamenti göstərilən faktla bağlı cinayət işi qaldırıb.
banner

Oxşar Xəbərlər