AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistan ordusu öz sıralarını müxtəlif ölkələrdən terrorçularla zənginləşdirir - Türkiyəli ekspert

Ermənistan ordusu öz sıralarını müxtəlif ölkələrdən terrorçularla zənginləşdirir - Türkiyəli ekspert

Cəmiyyət
20 Oktyabr 2020, 13:00 246
Canlı qüvvə və hərbi texnikada itkilər verən Ermənistan ordusu öz sıralarını müxtəlif ölkələrdən terrorçularlarla zənginləşdirir.
 
Bunu Trend-ə Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) eksperti Can Acun deyib.
 
O qeyd edib ki, bir sıra KİV-lərdə guya Azərbaycana bəzi ərəb ölkələrindən silahlıların getməsi barədə məlumatlar tamamilə uydurmadır: "Azərbaycan ordusu Türkiyə ordusu kimi müasirdir və hər hansı bir xarici dəstəyə ehtiyacı yoxdur”.

Onun sözlərinə görə, hər kəsə məlumdur ki, məhz Ermənistan terrorçuları Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir.
Ekspert əlavə edib ki, dünya ictimaiyyəti bütün bunlara göz yumur: "Təəssüf ki, ATƏT Minsk qrupunun həmsədrləri də neytrallığını saxlaya bilməyib və Ermənistanın mövqeyini tutub. Qərb ölkələrində erməni lobbisinin və türkofobiyanın təsiri güclüdür və bu ölkələr buna əsasən hərəkət edir”.