• cümə, 26 Aprel, 23:38
  • Baku Bakı 22°C

Ermənistan müxalifətinin lideri baş nazir ilə görüş vaxtını açıqlayıb

22.04.18 09:15 478
Ermənistan müxalifətinin lideri baş nazir ilə görüş vaxtını açıqlayıb
Müxalif deputat, Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyasının lideri Nikol Paşinyan Sarkisyanla aprelin 22-si görüşəcək.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, görüş Yerevanda "Marriott" otelində yerli vaxtla saat 10:00-da baş tutacaq.

N.Paşinyan öz "Facebook" səhifəsində bildirib ki, görüş zamanı Serj Sarkisyanın istefası və hakimiyyətin sakit şəkildə ötürülməsi müzakirə olunacaq.
Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

banner

Oxşar Xəbərlər