• cümə, 26 Aprel, 18:26
  • Baku Bakı 22°C

Ermənistan müxalifəti İrəvanın mərkəzində mitinq keçirib

05.12.14 19:10 945
Ermənistan müxalifəti İrəvanın mərkəzində mitinq keçirib
Ermənistanın “İrs” partiyası İrəvanın mərkəzində mitinq keçirib.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, mitinqdə çıxış edən “İrs” partiyasının lideri Raffi Ovannisyan rəhbərlik etdiyi təşkilatın Ermənistanı hazırkı əlverişsiz vəziyyətdən çıxarmaq üçün yollar axtardığını bəyan edib.
“Biz ədaləti bərpa edəcəyik. Ölkəmizdə hər kəs öz hüquqları uğrunda mübarizə aparmalıdır”,- deyə o vurğulayıb.
R. Ovannisyan həmçinin Ermənistan hökumətini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində diplomatik bacarıqsızlıqda ittiham edib.
banner

Oxşar Xəbərlər