• cümə, 26 Aprel, 01:05
  • Baku Bakı 16°C

Ermənistan münaqişənin həllində maraqlı olmadığını göstərir

14.09.20 13:52 408
Ermənistan münaqişənin həllində maraqlı olmadığını göstərir
Son vaxtlar Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti Yerevanın işğalı davam etdirməsinə şərait yaradır.
Bu fikriAZƏRTAC-a müsahibəsində İspaniyanın Madrid Muxtar Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, doktor Xesus Xil Fuensanta bildirib.
Xesus Xil Fuensanta qeyd edib ki, Ermənistan Suriya və Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə orada demoqrafik vəziyyəti dəyişdirməyə çalışır.
Vurğulanıb ki, qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-ci il Cenevrə konvensiyalarının müddəalarının kobud şəkildə pozulmasıdır. Ermənistanın belə məsuliyyətsiz addımları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlara ciddi zərbə vurur, Yerevanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını, mövcud status-kvonu qoruyub saxlamağa cəhd etdiyini göstərir.
Kafedra müdiri deyib ki, Ermənistan tərəfi münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam, qeyd-şərtsiz çıxarmalıdır.
banner

Oxşar Xəbərlər