• çərşənbə, 17 Aprel, 01:49
  • Baku Bakı 14°C

Ermənistan Müdafiə Nazirliyi etirazçılardan nazirliyə yaxın küçələri boşaltmağı tələb edib

21.04.18 14:00 759
Ermənistan Müdafiə Nazirliyi etirazçılardan nazirliyə yaxın küçələri boşaltmağı tələb edib
Ermənistanın Müdafiə Nazirliyi bu gün səhər saatlarından başlayaraq yenidən Yerevan küçələrinə çıxan etirazçılara müraciət edərək nazirlik yerləşən əraziyə yaxın küçələri boşaltmağa çağırıb.
Trend-in məlumatına görə, nazirliyin yaydığı məlumatda aksiya iştirakçılarının nazirlik ətrafındakı küçələri boşaltmaları tələb olunub.

Qeyd edək ki, artıq neçə gündür ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb, saxlanılanlar var.
banner

Oxşar Xəbərlər