• şənbə, 20 Aprel, 12:40
  • Baku Bakı 23°C

Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri: "1915-ci ildə ermənilərin genosidə məruz qalması məsələsində ziddiyyətlər var"

08.11.16 13:12 720
Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri: "1915-ci ildə ermənilərin genosidə məruz qalması məsələsində ziddiyyətlər var"
"1915-ci ildə ermənilərin genosidə məruz qalması ilə bağlı ziddiyyətli məqamlar var".

APA-nın məlumatına görə, bunu bu gün "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda Bakıda beynəlxalq konfrans çərçivəsində keçirilən "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində "Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi" mövzusunda paneldə Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan ermənilərin 1915-ci ildə soyqırıma məruz qalıb-qalmaması ilə bağıl sualı cavablandırarkən deyib.

V. Martirosyan bildirib ki, Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanməsələnin obyektiv araşdırılması üçün arxivlərin açılmasını təklif edib: "Rusiya indiyə kimi arxivləri açmaqdan imtina edir. Ərdoğan arxivlərin açılmasını istəyir, Rusiya bunu istəmir. Hələ də bu məsələ tam açıqlığa qovuşmayıb. Milyonlarla vəsait xərcləyib bunu genosid kimi təqdim edə bilərsiniz, ancaq bu, məsələnin həll yolu deyil".

Erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan isə bildirib ki, bu, Azərbaycan və Ermənistan arasında məsələ deyil: "Əgər Osmanlı imperiyasında baş vermiş hansısa hadisədən söhbət gedirsə, ermənilər və azərbaycanlılar bunun onlara aid məsələ olmadığını bildirməlidirlər".
banner

Oxşar Xəbərlər