• cümə, 29 Mart, 18:14
  • Baku Bakı 14°C

Ermənistan işğal etdiyi əraziləri qaytarmalı olacaq

16.10.18 19:55 558
Ermənistan işğal etdiyi əraziləri qaytarmalı olacaq
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycanla kompromislərə getməlidir. Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır. Trend-in məlumatına görə, bunu erməni mətbuatına müsahibədə ABŞ-ın Ermənistandakı səlahiyyət müddəti başa çatan səfiri Riçard Millz deyib. Diplomat ümid etdiyini bildirib ki, Ermənistanın daxil olduğu keçid dövrü ölkənin hansı variantlarının olduğu və nəyə hazır olduğu barədə müzakirələrə gətirib çıxaracaq. Səfir indiyədək eşitdiklərinin narahatlıq doğurduğunu deyib: "Mən birinci dəfə ölkəyə gələndə təəccüblənmişdim ki, ermənilərin böyük hissəsi işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırlar. Amma reallıq ondan ibarətdir ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan münaqişənin nizama salınması mümkün deyil”.
ABŞ səfiri xatırladıb ki. torpaqların qaytarılması Madrid prinsiplərinin əsas müddəalarındandır.
Səfir bir daha vurğulayıb ki, istənilən nizamlama işğal olunmuş ərazilərin müəyyən hissəsinin qaytarılmasını zəruri edəcək.
banner

Oxşar Xəbərlər