AZE | RUS | ENG |

Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər
Son günlər Ermənistan parlamentində İranın əleyhinə səslənən bəyanat və Tehran rəsmilərinin Bakıya səfərləri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının ədalətli mövqeyini dəstəkləməsi Yerevanda Tehranla münasibətlərin perspektivinə dair narahatlığa səbəb olub.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın yeni parlamentində deputat Ayk Koncoryanın İranı "avtoritar dövlət” adlandırmasına rəsmi Tehranın reaksiyası geciksə də, siyasi icmalçılar bu cür düşünülməmiş çıxışların Ermənistan və İran arasında ciddi gərginliyə səbəb olacağını bildirirlər. Siyasi icmalçı Artyom Tonoyan bu məsələ ilə əlaqədar qeyd edib ki, Rusiya ilə münasibətlərin də "qənaətbəxş olmadığı bir vaxtda” deputatların İranla bağlı bu cür bəyanatları ikitərəfli əlaqələrdə ciddi problemlər yarada bilər.

İranın "Pars Today” agentliyi isə qeyd edib ki, sözügedən bəyanatın müəllifi olan erməni deputat parlament rəhbərliyi və ekspertlərin təzyiqindən sonra İrandan üzr istəməli olub. Rəsmi Tehranın bu cür bəyanatlara münasibətdə təmkinli davrandığını diqqətə çatdıran ekspertlər hesab edirlər ki, Ermənistan parlamentində heç bir təcrübəyə malik olmayan yeni deputatlar dövlətlərarası münasibətlərə dair təhlükəli çıxışlara son qoymalıdırlar.

Ekspertlər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin Bakıya səfəri zamanı Tehranın Qarabağ torpaqlarını Azərbaycan əraziləri hesab etməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, həmçinin sərhədlərin zor gücü ilə dəyişdirilməsinin qəbuledilməzliyi haqqında fikirlərinin Yerevanda böyük təlaşa səbəb olduğunu da bildirirlər.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056