• cümə axşamı, 28 mart, 16:38
  • Baku Bakı 16°C

Ermənistan həbsxanalarında vəziyyət acınacaqlı hal alıb

20.03.17 11:24 862
Ermənistan həbsxanalarında vəziyyət acınacaqlı hal alıb
Ermənistan məhbusların ölüm faktlarına və həbsxanalardakı acınacaqlı vəziyyətə görə Avropa ölkələri sırasında birinci yerdədir.
Ermənistan mətbuatının yazdığına görə, bu barədə Avropa Şurasının "Penitensiar sistemlərdəki vəziyyətə dair” yekun hesabatında qeyd olunur. Hesabatda bildirilir ki, hər il Ermənistan həbsxanalarında 10 min məhbusdan 95,5-i ölür.
Bu ölkədə müxtəlif cinayətlərə görə, azadlıqdan məhrum olanların sayı da son 10 ildə 37,8 faiz artıb.
Avropa ölkələri sırasında məhbuslara ən az vəsait sərf edən də Ermənistan hökumətidir. Avropa ölkələrində gündəlik bir məhbusa 52,36 avro xərcləndiyi halda, Ermənistanda bu rəqəm 10 dəfə azdır – 10,3 avro.
banner

Oxşar Xəbərlər