• cümə, 29 Mart, 03:46
  • Baku Bakı 7°C

Ermənistan hakimiyyəti faşist idelogiyasına xidmət edir

15.10.19 14:00 428
Ermənistan hakimiyyəti faşist idelogiyasına xidmət edir
Ermənilərə elə zərbə vurulub ki, hələ də özlərinə gələ bilmirlər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin "Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında deputat Araz Əlizadə deyib.
A.Əlizadə bildirib ki, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan özü erməniləri ifşa etdi:
"O, çıxışında önə çəkdi ki, Qaregin Njde faşistlərə xidmət etsə də, vaxtilə türklərlə müharibə aparıb, ona görə də qəhrəmandır və heykəli olmalıdır. Prezident İlham Əliyev isə arqumentləri ilə erməniləri ifşa etdi. Rusiya Dövlət Dumasının qərarı var ki, heykəl oradan götürülməlidir. Düzdür, bu, tələb deyil, tövsiyədir. Paşinyan o heykəli oradan götürə bilərmi? Xeyr!”.
Deputat qeyd edib ki, ermənilərin əvvəlki və indiki hakimiyyətini təmsil edənlər faşist idelogiyasına xidmət edir, qatı millətçidirlər:
"Prezident "nida” işarəsi qoydu, arzu edirəm ki, ordumuz da belə bir "nida” işarəsi qoysun və bu məsələni bitirək. Dünyanın müxtəlif ölkələrində qaçqınlar görmüşəm, bizdəki qədər onlara şərait yaradılmır”.
banner

Oxşar Xəbərlər