• cümə axşamı, 28 mart, 13:06
  • Baku Bakı 16°C

Ermənistan Dağlıq Qarabağa gətirdiyi PKK terrorçularına Azərbaycanın hərbi formasını geyindirir

26.10.20 09:45 466
Ermənistan Dağlıq Qarabağa gətirdiyi PKK terrorçularına Azərbaycanın hərbi formasını geyindirir
Kəşfiyyat mənbələrindən əldə edilən məlumata görə, PKK terrorçularından ibarət qruplar Dağlıq Qarabağın Şuşaşəhərinəyerləşdirilib.
APAxəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən PKK terrorçularının Azərbaycan hərbi forması geyindiklərinə diqqət çəkən mənbələr, ermənilərin əsl Azərbaycan əsgərlərində bu şəkildə çaşqınlıq yaratmağı hədəflədiklərini və həmin terrorçular öldürüldükdə Azərbaycan ordusu tərəfindən Suriyadan gətirilən muzdlu olduqlarını iddia edəcəklərini bildirirlər.
Qeyd edilir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Ermənistanın Dağlıq Qarabağdakı cəbhə xəttində PKK terrorçularından istifadə etdiyini deyib. Azərbaycan ordusunun torpaqlarını xilas etmək üçün başlatdığı hərbi əməliyyatda əsir düşən erməni əsgəri Albert Mikaelyan da PKK terrorçularının Dağlıq Qarabağdakı erməni sıralarında vuruşduğunu etiraf edib və bu terrorçuların bunun qarşılığında 600 dollar maaş aldığını etiraf edib.

banner

Oxşar Xəbərlər