• cümə, 29 Mart, 15:49
  • Baku Bakı 14°C

Ermənistan çətin vəziyyətdə – Qiyməti qaldıran "Qazprom" invesitisiyaları azalda bilər

09.01.19 18:49 620
Ermənistan çətin vəziyyətdə – Qiyməti qaldıran "Qazprom" invesitisiyaları azalda bilər
Rusiyanın "Qazprom" Transmilli Energetika Korporasiyası və Ermənistan hakimiyyəti arasında yeni razılaşma "Qazprom Ermənistan" QSC-nin marjasının azalmasına gətirib çıxaracaq. Trend-in "Kommersant"a istinadən verdiyi məlumata görə, bu qənaətə "Rayffayzanbank"ın nümayəndəsi Andrey Polişşuk gəlib.
Milli Enerji Təhlükəsizliyi Fondundan Aleksey Qrivaç isə hesab edir ki, "Qazprom"un "Qazprom Ermənistan" QSC-yə investisiyaların təmin edilməsi və infrastrukturun inkişafı üçün təqdim etdiyi endirimlər tədricən ləğv edilib: "Yeni hakimiyyətin "Qazprom"un törəmə şirkətinə qarşı kəskin addımlar atdığı bir vaxtda Ermənistanın daxilində resursun saxlanmasını gözləmək təəccüblü olardı".
"Qazprom" Ermənistan istehlakçılarına yeganə qaz tədarükçüsüdür. Yerevan İrandan da qal alır, lakin onu yalnız elektrik enerjisinin istehsalı üçün istifadə edir. Bu enerjini də sonradan Tehrana tədarük edir.
2014-2018-ci illərdə hər il 2,5 milyard kubmetrədək qaz tədarükü barədə müqavilə "Qazprom Ermənistan" QSC ilə 2013-cü ildə bağlanıb. Ötən ilin 9 ayı ərzində "Qazprom" 1,37 milyard kubmetr ixrac edib.
2018-ci ilin yazında Ermənistanda çevrilişdən sonra "Qazprom" əlavə saziş haqqında danışıqları yeni hakimiyyətlə aparmalı olub. Bu hadisələrdən sonra Yerevanın RF dövlət qurumları ilə münasibəti çətinləşib. İyulda Dövlət Daxilolmaları üzrə Komitə bir sıra qazdoldurma şirkətlərində, o cümlədən "Qazprom Ermənistan"ın "Avtoqaz" törəmə şirkətində vergi pozuntuları aşkar edib və QSC-yə qarşı vergi iddiası qaldırılıb. Lakin şirkətdə ittihamları qəbul etməyiblər. Hakimiyyət isə 2019-cu ildən qazın qiymətinin aşağı salınmasına təkid edib. Sonda tərəflər razılaşıblar ki, daxili bazar üçün tariflər (min kubmetri 290 dollar) artırılmasa da, ümumilikdə qazın dəyəri qalxacaq.
Yanvarın 8-dən başlandığı deyilən danışıqların yekunu hələ şərh edilməyib. Müzakirələrin hələ bir neçə ay davam edəcəyi bildirilir.
Əslində Ermənistan rəsmiləri indiki şəraitdə Rusiyadan güzəşt gözləmirlər, buna görə də İranla da qaz alışı barədə danışıqları davam etdirmək istəyirlər.
Xatırladaq ki, "Qazprom" rəhbəri Aleksey Miller və Ermənistan baş nazirinin müavini v.i.e. Mqer Qriqoryan yanvarın 31-də "Qazprom Ermənistan" QSC-yə qaz tədarükü haqqında müqaviləyə əlavə sazişi imzalayıblar. Beləliklə, Ermənistan üçün qazın qiyməti 2019-cu ilin əvvəlindən 10 faiz artaraq min kubmetri 165 min dollar təşkil edib.
banner

Oxşar Xəbərlər