• şənbə, 27 Aprel, 08:52
  • Baku Bakı 12°C

Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir

24.05.18 15:30 547
Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir
Ermənistan bir daha Cənubi Qafqazda ən yoxsul ölkə olub.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul barədə hesabatında deyilir.
Hesabata əsasən, 2018-ci ilin yekunlarına əsasən Ermənistanda bu göstərici 10 min dollar təşkil edəcək.
Ermənistan bu göstərici ilə 192 ölkə arasında 113-cü yerdə qərarlaşıb. Bu, həm də Cənubi Qafqaz ölkələri arasında qeydə alınan ən aşağı göstəricidir.
Belə ki, 2018-ci ilin yekunlarına əsasən alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18,04 min, Gürcüstanda 11,48 min dollar təşkil edəcək.
banner

Oxşar Xəbərlər