• cümə axşamı, 18 aprel, 06:07
  • Baku Bakı 12°C

Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert

02.08.21 14:00 225
Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert
Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutması İrəvanda gizlənən erməni terrorçu rəhbərliyi tərəfindən hazırlanan vəhşi bir hərəkətdir və dünyanın böyük hökumətləri və beynəlxalq təşkilatları tərəfindən qınanılmalıdır.
Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
Heydərabad qəsəbəsinə səfər edən çox az sayda amerikalılardan biri olaraq, erməni əsgərlərinin Qafqazın bəlkə də ən yaxşı təşkil edilmiş, ən kiçik şəhəri olan şəhərə hücum etmək üçün canlı silahdan istifadə etdiyini oxuyanda dəhşətə gəldim və şoka düşdüm.
Ekspert bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın günahsız insanlarına qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyət daşımalı və beynəlxalq ədalət məhkəməsinə verilməlidir:
"Heydərabad qəsəbəsində hərbi postlara və mülki yaşayış məntəqələrinə hücum etməsinə görə Ermənistan məsuliyyət daşımalıdır”.
banner

Oxşar Xəbərlər