• şənbə, 20 Aprel, 00:39
  • Baku Bakı 15°C

Erməniliyin pornoulduz simvolu

10.04.15 06:36 1854
Erməniliyin pornoulduz simvolu
100 ildir ki, ermənilər dünyaya qondarma soyqırımını sırımaq üçün hər cür vasitəyə, terrora əl atırlar. Bu dəfə isə onlar daha “orijinal” bir üsuldan yapışıblar. Qondarma erməni soyqırımını Amerika Birləşmiş Ştatlarında tanıtdıra bilməyən ermənilər qabağa qadınlarını buraxıblar. Əlbəttə, qadın sözünü bu insana yaraşdırmaq mümkündürsə. Söhbət dünyada məşhur olan pornoulduz Kim Kardaşyandan gedir. Ermənilər onu qondarma soyqırımının ildönümündə Ermənistana dəvət ediblər. O da qeyd edilir ki, Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla hakimiyyət “erməni soyqırımı”nın tanıdılması üçün Kim Kardaşyandan kömək istəyib.
Səkkiz gün Ermənistanda qalacaq pornoulduzu aeroportda ölkənin iqtisadiyyat nazirinin müavini qarşılayıb. Kim Kardaşyan və müğənni Kanye Uesti İrəvan aeroportunda pərəstişkarlardan ibarət böyük kütlə qarşılayıb. Amerika şou biznesinə porno videosu ilə girən erməni Kim Kardaşyan buraya əri və 22 aylıq uşağı ilə gəlib. Kimlə birgə bacısı Xloye da gəlib. Polis böyük pərəstişkar kütləsi və KİV nümayəndələrinin qarşısını güclə ala bilib.
Məlumdur ki, Ermənistanda “Keeping up with Kardashians” şousunun davamı olacaq. Bacılardan əlavə daha 20 nəfərlik qrup şounun çəkilişində iştirak edəcək. Təkcə Kardaşyan bacıları üçün İrəvanda bir otelin 2 mərtəbəsi bron edilib.
İrəvana çatandan sonra “şərəfli qonaqlar” üçün seçilmiş “Mariott” otelində yerləşən, iki saat sonra isə “Şimal” prospektindəki restorana yollanan Kim Kardaşyanı Ermənistan parlamentinin deputatı Levon Martirosyanla arvadı müşayiət ediblər. Restoranın qarşısına yığılmış ermənilər onları coşğuyla qarşılayıb: “Kim, siz dünyanın ən yaxşı ermənisisiniz!”, “Siz ən gözəl ermənisiniz!”. Kim Kardaşyan İrəvanda çəkilmiş iki fotosunu İnstagramdakı profilində paylaşaraq yazıb: “Ərim, qızım və mən Ermənistandayıq. Köklərim, əcdadlarım barədə daha çox məlumat əldə etmək istəyirəm. O qədər ruhlanmışam ki, yata bilmirəm”.
Erməni mətbuatı pərəstiş etdikləri doğma pornoulduzun vətənə gəlişinin qondarma soyqırımı ilə əlaqəli olduğunu bildirsə də, Kim Kardaşyanın bununla bağlı heç bir tədbirdə iştirakı gözlənilmir.
Qeyd edək ki, ABŞ-da Rusiyanın “Dom-2” layihəsi kimi bir layihədə tərbiyəsiz flirtləri ilə məşhurlaşan Kim Kardaşyan verilişdən ayrıldıqdan sonra əri ilə pornovideosunun yayılması ilə məşhurluğuna damğa vurub. O, videonun özü tərəfindən yayılmadığını iddia etsə də, məhz bu videodan sonra bəzi teleseriallara dəvət alıb.
ABŞ-da məşhur olan erməni pornoulduz milyonlarla pərəstişkarına çağırış edərək, onları qondarma erməni soyqırımını tanımağa çağırıb. Çağırışın mətni sosial şəbəkələrdə və onun şəxsi internet səhifəsində yerləşdirilib. Burada erməni seks-model amerikalılara müraciət edərək, onları türklərin ermənilərə qarşı törətdiyi qondarma soyqırımı barəsində “açıq” və “vicdanlı” danışmağa səsləyir.
Ermənistanın ikinci şəhəri Gümrünün sakinləri də pornoulduz Kim Kardaşyanın bu şəhərə gəlişini böyük həvəslə gözləyirlər. Pornoulduzun səfəri yerli mətbuatda hətta Qarabağ məsələsindən də çox müzakirə edilir. Kimi erməni milli arxivinin direktoru Amatuni Virabyan da gözləyir. O, pornoulduza ailələrinin mənşəyi barədə danışmaq istəyir. A.Virabyanın sözlərinə görə, Kardaşyan ailəsi mənşəcə Qarsın Qaraqala kəndindəndir və 1918-ci ildən sonra bir hissəsi Gümrüyə, bir hissəsi isə Amerikaya gedib.
Amma A.Virabyanın sözlərindən belə çıxır ki, Kardaşyan ailəsi mənşəcə erməni deyil. Çünki protestant xristian olan bu aliəni ermənilər molokan sayır. Amma buna baxmayaraq, Gümrü sakinləri onu səbirsizliklə gözləyir. Ümid edirlər ki, pornoulduz onların həyatını yüngülləşdirməyə şərait yaradacaq. 1988-ci ildə zəlzələnin dağıtdığı bu şəhər Ermənistanın müstəqilliyi dövründə xarabazara çevrilib, yoxsul və işsiz əhali şəhəri tərk etməyə başlayıb.
Maraqlıdır ki, bu yaxınlarda Ermənistanda “Bir erməni, bir məqalə” kampaniyası keçirilmiş, bəlli olmuşdu ki, Ermənistan dedikdə məhz pornoulduz Kim Kardaşyan yada düşür. Qeyd edək ki, təkcə Facebook sosial şəbəkəsində Birləşmiş Ştatlarda ad çıxarmış əxlaqsız erməni qadınının 3 milyon 636 mindən çox, Twitter sosial şəbəkəsində isə 5 milyon 545 mindən çox pərəstişkarı var.
Əslində məsələnin maraqlı tərəfi heç də bunlar deyil. Maraqlı olan erməni diasporunun irəliyə verdiyi Kim Kardaşyana Ermənistanda olan reaksiyalardır. Artıq erməni forumlarında buna kəskin etirazlar var.
“Bu günü də gördük. Soyqırımı tanıtmağa çağırış etmək üçün bu boyda erməni xalqında ondan daha şərəfli adam tapılmadı? Belə dostlarla adama heç düşmən də lazım deyil”, “Qadını günahlandırmayın, uşaqlarını dolandırmaq üçün bu yola düşüb. Ehtiraslarını ödəmək üçün fahişəliklə məşğul olan biri mənəviyyatdan və soyqırımından danışırsa, bu dözülməzdir” və s. kimi yazılara rast gəlmək olar.
Erməni forumlarında yer alan fikirlər bundan ibarətdir. Kim Kardaşyana əsas dəstək isə onun yaşadığı Birləşmiş Ştatlardakı erməni diasporudur. Kimin atası ABŞ vətəndaşı olan Robert Kardaşyandır. Erməni əsilli amerikalı vəkil Robert Kardasyanın əcdadları ABŞ-a Türkiyənin Qars vilayətindən mühacirət ediblər.
Beləliklə, Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyəti utanmadan, çəkinmədən, həyasızcasına, qondarma erməni soyqırımının tanıdılması üçün hətta dünyada əxlaqsızlıqla məşhurlaşan “qız”larına müraciət edir. ABŞ-dakı ermənilərin az qala nifrət etdikləri, “ermənilərin üz qarası” adlandırdıqları Kardaşyan barədə bu ölkədəki erməni diaspor təşkilatlarından biri “bizi biabır edən fahişə” ifadəsi işlətmişdi. Kim Kardaşyana Birləşmiş Ştatlarda yaşayan ermənilərin münasibətini öyrənmək üçün Yahoo!da bu “şou ulduzu” ilə bağlı dərc olunan məlumatlara yazılan şərhlərə baxmaq yetər. Lakin fakt faktlığında qalır. Görünür, İrəvan “soyqırımı” ilə bağlı təbliğat kampaniyasının siması qismində Kim Kardaşyanı seçəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər