AZE | RUS | ENG |

Ermənilərin özününküləşdirmə mərəzi

Ermənilərin özününküləşdirmə mərəzi
İndi də onlar Gürcüstan ərazisinə göz dikiblər

Erməni millətinin hansı xislətə malik olduğunu çoxları bilir. Hər zaman yaşadıqları ərazilərin sahiblərinə qarşı naxələflik edən, əvvəl sığınıb sonra torpaq iddiaları ilə çıxış edən ermənilər bu oyunu tək bizim başımıza açmırlar. Onların Abxaziya xəyanətləri barədə yəqin ki, az-çox məlumatınız var. Tarixi Azərbaycan torpaqlarına göz dikən ermənilər xislətlərindən əl çəkə bilmədikləri üçün eyni ssenarini Gürcüstanda da oynayırlar, sığındıqları dövlətə dönük çıxırlar. Cənubi Qafqazın yerli əhalisinə "yersiz gəldi, yerli, qaç” deyən ermənilər Qarabağ kimi, Gürcüstanın da müəyyən bölgələrinə, ərazilərinə göz qoyublar və o torpaqları özəlləşdirməyə çalışırlar. Tarixi faktlar göstərir ki, Abxaziyada baş tutan separatizmdə ermənilərin birbaşa iştirakı var. Bilməyənlər üçün xarırladaq ki, Abxaziyada yaşayan ermənilər "Krunk” təşkilatı vasitəsi ilə Qulrıpş, Oçamçire, Tkuarçal bölgələrində muxtariyyət yaratmaq istəyirlər. Belə ki, Abxaziyada çoxluq təşkil etdiklərini iddia edir, buranın yerli sakinləri olduqlarını bəyan edirlər və tarixi saxtalaşdırmaq xislətlərindən əl çəkmirlər. Türkiyə və Azərbaycan kimi, Gürcüstandan da torpaq qoparmaqla "dövlət” yaratmaq yolunda addımlayırlar. Onu da bildirək ki, sözügedən "Krunk” təşkilatı Albert Topolyanın başçılığı ilə 1980-cı illərin sonundan etibarən 2004-cü ilə kimi Abxaziyada mədəni-xeyriyyə cəmiyyəti kimi tanıdılıb. Təşkilat Suxumi və Abxaziya bölgəsinin şərqində erməni maraqlarını təmsil edən əsas təşkilata çevrilib və gizli fəaliyyətini 1990-cı il yanvar 27-də təsis qurultayı keçirməklə sonlandırıb. Təşkilat Abxaziyada ümumerməni icmasının yaradılması üçün 15 aprel 2004-cü ildə Erməni mədəniyyət mərkəzi və Maştots cəmiyyəti ilə birləşib. Onun daha əvvəl əsas mərkəzinin Qarabağda qurulduğu mütləq qeyd olunmalıdır. Qarabağla kifayətlənməyib Sumqayıta da əl uzadan "Krunk” 1987-ci ildə Ermənistan Respublikası və DQMV-nin partiya rəhbərlərinin köməyi ilə Xankəndində Dağlıq Qarabağ İnqilabi İdarəetmə Komitəsi adlı təşkilat yaratdı.

2000-ci illərin əvvəllərindən başlayaraq, "iddiaçılar” yenidən aktivləşdilər. Onlar Abxaziyanın "müstəqilliyi” uğrunda mübarizə apardıqlarını bildirir və hakimiyyətə şəriklik iddiası ilə çıxış edirdilər. Ermənilərdə əvvəl hakimiyyətdə təmsilçilik həvəsi var idisə, sonradan o, ərazi iddiaları ilə əvəzləndi. Özü də hədəf yalnız Abxaziya deyil. Gürcüstanın ermənilərin kompakt halda məskunlaşdığı Cavaxetiya vilayətində də analoji  fəaliyyət davam edir.

Gördüyünüz kimi, fəaliyyəti yalnız separatçılıq olan ermənilər köçdükləri əraziləri dədə-baba torpağı elan etməkdən, özlərinə ayrıca pay istəməkdən çəkinmirlər. Hətta soyqırımına məruz qalmış donuna girib dünyanı öz yalanlarına inandırmağa çaba göstərməkdən də yorulmurlar. 

Görünən odur ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağdakı separatçılığa göz yummağa davam edərsə, ermənilərin yaşadıqları hər bir yerdə "öz müqəddəratlarını təyin etmək” uğrunda mübarizə aparacaqları təkzibolunmaz reallığa çevriləcək. Erməni separatçıları uzun onilliklər, bəzən əsrlər boyu bir ölkədə məskunlaşaraq "sadiq icma”, "etibarlı vətəndaş” obrazı yaradır, həmin dövləti zəiflətməyə çalışır, cəhdləri baş tutanda  isə dərhal  ərazisinin bir hissəsini qoparıb "öz müqəddəratlarını təyin etmək” iddiası qaldırılar. Vaxtilə Bizansa, sonra Osmanlı dövlətinə, daha sonra Azərbaycana qarşı oynanılmış tamaşa indi də Gürcüstana qarşı tətbiq edilir, Ukraynanın Lvov və separatçı Krım bölgələrində də bu ssenarinin tətbiq edilməsinə hazırlıqlar aparılır. Ona görə də Rusiya, ABŞ və Fransa kimi qüdrətli dövlətlərdə yaşayan ermənilərin gələcəkdə orada da separatçılıq törədəcəkləri, xəyanətə yol verəcəkləri istisna deyil.

H.Əsgər


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045