• cümə, 29 Mart, 00:00
  • Baku Bakı 7°C

Ermənilərin yeni hədəfi - BAKI-2016 Şahmat Olimpiadası

17.06.15 19:02 8494
Ermənilərin yeni hədəfi - BAKI-2016 Şahmat Olimpiadası
Bakı 2015 Avropa oyunlarının möhtəşəm açılışı və uğurlu startı daim Azərbaycanın əleyhinə kampaniyalar aparan Ermənistanın hədəfini dəyişməsinə rəvac verib. Son günlər erməni internet istifadəçilər , dünya şahmat sevərlərinin əsas daxil olduğu internet resusrlarında Azərbaycan əleyhinə fəal anti-piar kompaniyası aparmağa başlayıblar . Xüsusilə www.chessdom.com beynəlxalq şahmat saytında çoxlu sayda erməni istifadəçi tərəfindən Azərbaycanda idmançılara yaradılan şəraitin beynəlxalq standartlara uyğun olmadığı, onların təhlükəsizliyinə zəmanət verilmədiyi haqqında iddialar yerləşdirilir.
Bütün bunların müqabilində ermənilər 2016-cı ildə Şahmat Olimpiadasının Bakıda keçirilməsinin mümkünsüzlüyü haqqında fikirlərini yazıb, Beynəlxalq Şahmat Federasiyasından bu qərarına yenidən baxmağı tələb edirlər. Maraqlıdır ki, Olimpiadanın Bakıda keçirilməsi haqqında qərar 3 il əvvəl verilib. Həmin vaxt Bakının namizədliyinə ciddi etiraz edən Ermənistan nümayəndə heyətinin üzvü , şahmat akademiyasının prezidenti Smbat Lputyan olimpiada Bakıda keçirilsə, erməni idmançılar orada olmayacaq deyə açıqlama vermişdi.
İndi isə 3 illik sükutdan sonra ermənilər yenidən aktivləşərək şahmat sevərlərin daimi daxil olduğu internet resusrlarında Azərbaycan əleyhinə fikirlər yerləşdirməyə, hansısa mənfi rəy formalaşdırmağa çalışırlar. Bu iddiaların əksəriyyəti çox gülünc səslənir. Misal üçün erməni istifadəçilərdən biri yazır: "Necə ola bilər ki, erməni idmançı Bakıya getsin?! Axı o orada 5 saat şahmat oynamalıdır . Bu zaman ərzində onlar nəyi düşünəcəklər? Şahmatı, yoxsa necə sağ qalacaqlarını düşünəcəklər?" Digəri isə daha gülməli iddianı səsləndirir. Guya 20 il ərzində heç bir erməni idmançı Azərbaycanda keçirilən yarışlara qatılmayıb. Halbuki bu istifadəçi ən azı öz milli informasiya saytlarına baxsa, Bakıda keçirilən Avropa Oyunlarında iştirak edən, hətta medal qazanan erməni idmançılar haqqında da kifayət qədər məlumat əldə edə bilərlər. Onlar çox yaxşı bilirlər ki, bu olimpiada ilə bağlı Ermənistana ən yüksək səviyyədə təhlükəsizlik təminatı verilib. Üstəlik, indiyədək ölkəmizdə keçirilmiş ən müxtəlif idman yarışlarında Ermənistan və digər ölkələrin yığmalarının tərkibində üst-üstə 51 erməni idmançı iştirak edib və onların təhlükəsizliyi tam təmin olunub.
Görünür, məqsəd və məram fərqlidir. Bütün bu şərhlərin arxasında kimin və kimlərin dayandığı da bəllidir. Hər imkan düşdükcə Azərbaycanı ləkələmək, hər vəchlə gözdən salmaq və 2016-cı ildə Bakıda keçiriləcək şahmat olimpiadası ilə bağlı qara piar kampaniyasına artıq indidən start verməkdir. Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aktiv boykot və qarayaxma aksiyaları aparan, lakin gözlədiyi nəticəyə nail ola bilməyən Ermənistan dövləti və erməni lobbisi üçün indi əsas hədəf Azərbaycanda keçiriləcək növbəti böyük idman yarışlarıdır.
Hər halda ermənilərə ən vacib və tutarlı mesajı Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov verib. Bakı-2015 Avropa Oyunlarının açılışında iştirak edən cənab İlyumjinovun sözlərinə görə, Azərbaycan həm öz təcrübəsi, həm tanınmış şahmatçıları, həm də iqtisadi imkanları ilə Şahmat Olimpiya oyunlarını keçirməyə ən layiq ölkələrdən biridir. Ermənilərin bütün iddialarına isə yalnız bir cümlə ilə cavab verib. "Gəlin şahmat oynayaq!" Elə bizim də ermənilərə cavabımız eyni səpgilidir:
"Gəlin Bakıya, şahmat oynayaq!"
Trend

banner

Oxşar Xəbərlər