• cümə, 29 Mart, 15:07
  • Baku Bakı 14°C

Ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər

10.12.18 15:45 590
Ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər
Dekabrın 10-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməllərinə həsr olunan konfrans keçirib.
AZƏRTACxəbər verir ki, 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən konfransda iştirakçılar əvvəlcə Dövlət Komissiyasının hazırladığı və nəşr etdirdiyi, Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərini əks etdirən fotostend və əyani vəsaitlərlə tanış olublar.
Tədbirin keçirilməsində məqsəd Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət əməlləri, o cümlədən əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə tələbə-gənclərin məlumatlandırılması, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, eləcə də səmavi dinlərdə silahlı münaqişələrə, xüsusən də müharibə qurbanlarına münasibətlə bağlı müzakirə aparmaqdır.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfransda bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsi yalnız ölkəmizə qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır. O qeyd edib ki, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunub. C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Хocalı soyqırımı, bütövlükdə Qarabağ müharibəsi zamanı хalqımızın başına gətirilən müsibətlər barədə həqiqətlərin ən yüksək tribunadan dünya ictimaiyyətinin diqqətinə çatdırıldıqlarını vurğulayıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov məruzəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə məlumat verib.
Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov "İşğal altındakı tarixi-dini abidələrimiz" mövzusunda məruzəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən. O, bu cinayətlərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılmasının vacibliyini vurğulayaraq, bu yöndə görülən işlərdən bəhs edib.
Digər çıxış edənlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir-girov götürülmüş şəxslərin azad edilməsi, itkinlərin axtarışı və sonrakı taleyinin müəyyənləşdilriməsi sahəsində görülən işlər barədə məlumat veriblər.
banner

Oxşar Xəbərlər