• cümə axşamı, 18 aprel, 20:35
  • Baku Bakı 21°C

Ermənilərin növbəti dezinformasiyası

19.06.14 15:24 1142
Ermənilərin növbəti dezinformasiyası
Azərbaycanın Müdafiə Nazirliyi elektron KİV-də erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən yüksəkliklərin ələ keçirilməsi ilə bağlı yayılan məlumat və fotolara aydınlıq gətirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, ilk olaraq bu yazı və fotolar erməni mətbuatının Azərbaycana qarışı yalanla zəngin və daim qatı düşmənçiliyi ilə seçilən Levon Məlik-Şahnəzəryana məxsus olan saytda yerləşdirilib.
«Təhrif olunmuş, yanlış və səhv fikirlərlə dolu məqalə, o cümlədən, qeyri-müəyyən məkanda çəkilərək ona əlavə edilmiş fotolar erməni tərəfinin təbliğat xatirinə hazırladığı və daxili auditoriyaya ünvanladığı növbəti uydurmadır. Təəssüf doğuran isə odur ki, əksər erməni informasiya agentlikləri bu xəbərdən istifadə etmədikləri halda, Azərbaycanın elektron informasiya vasitələri bu məlumatı tirajlamaqla düşmən təbliğatına şərait yaradır», - deyə məlumatda vurğulanıb.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyət arasında çaşqınlıq yaratmağa cəhd göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.
Müdafiə Nazirliyi bəyan edir ki, yayılan məlumatların heç bir əsası yoxdur və ermənilərin növbəti dezinformasiyasıdır: «Naxçıvan Muxtar Respublikasında əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordusunun tam nəzarəti altındadır və qoşunların təmas xəttində heç bir yerdəyişmə yoxdur. Adı çəkilən məkanda isə “neytral ərazi” anlayışı ümumiyyətlə mövcud deyil. Bir daha KİV nümayəndələrindən bu kimi erməni yalanlarına uymamağı və ermənilərin yaydığı xəbərlərin təbliğatını aparmamağı tövsiyə edirik».
banner

Oxşar Xəbərlər