AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənilərin iki pilotsuz aparatı məhv edilib

Ermənilərin iki pilotsuz aparatı məhv edilib

Təfsilat
13 May 2016, 19:09 571
Müdafiə Nazirliyi ermənilərin Azərbaycan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatını vurması bağlı xəbərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir: "Dəqiq məlumata görə isə, erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.
Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib".