• cümə axşamı, 28 mart, 20:41
  • Baku Bakı 13°C

Ermənilərin böyük yalanları

26.05.20 21:30 599
Ermənilərin böyük yalanları
Faşizmin təbliğatçıları Azərbaycanın uğurlarını həzm edə bilmir. Ermənilərin tarixi faktlarla razılaşmamaq adəti yeni deyil. Dağlıq Qarabağın guya ermənilərin ərazisi kimi təqdim olunması xəstəliyindən müalicə olunmaq istəməyən ermənilər təxribatçı fəaliyyətini davam etdirir.
Trend-in Real TV-yə istinadən xəbərinə görə, Erməni mətbuatının növbəti hədəf obyekti Qələbə Günündə işıq üzü görən "Azərbaycanlı kəşfiyyatçı və "Tehran-43” konfransı” adlı kitabdır.
Kitabda azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov və onun Böyük Vətən Müharibəsindəki qəhrəmanlaqlarından bəhs olunur.
Məhz bu tarixi fakt erməni jurnalist Gayane Movsesyanın naməlum genlərinin yerindən tərpədib.
Məqalə bötüvlükdə kitabı təkzib etməyə çalışan qondarma yalanlardan ibarətdir. Guya kəşfiyyatçı Tehran konfransı zamanı hazırlanan sui-qəsdin qarşısının alınmasında iştirak etməyib.
Halbuki, məhz bu əməliyyatın keçirilməsində müstəsna roluna görə Məmmədhüseyn Əsədov eyni zamanda iki ordenlə - "Lenin" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olunub.
"Azərbaycanlı kəşfiyyatçı və "Tehran-43” konfransı” kitabının müəlliflərindən biri, millət vəkili Arzu Nağıyevin fikirincə, kitabın rus və ingilis dillərində çap olunması ona geniş auditoriya qazandırdı. Bu isə, öz növbəsində erməniləri çox narahat etdi, və onlar, heç bir əsası olmayan arqumentləri ilə pzlərinə diqqət çəkməyə başladılar.
banner

Oxşar Xəbərlər