• şənbə, 20 Aprel, 14:49
  • Baku Bakı 23°C

“Ermənilər özlərini yazıq görkəmə salıb, qondarma soyqırımı təbliğatı aparırlar”

16.04.15 09:12 857
“Ermənilər özlərini yazıq görkəmə salıb, qondarma soyqırımı təbliğatı aparırlar”
Allahşükür Paşazadə: “Dünyadakı bəzi nüfuzlu şəxslərə göstərilməlidir ki, əslində ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında genosid siyasəti həyata keçirilib.
Xocalı kimi soyqırımlar törədilib, azərbaycanlılara qarşı vəhşiliklər olub. Bütün bunlar onu göstərir ki, hər şey heç də birtərəfli deyil. Ermənilər özlərini yazıq görkəmə salaraq, 100 il bundan qabaq hansısa bir hadisəni soyqırım kimi qələmə verərək, qondarma soyqırım təbliğatlarını aparırlar”.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
QMİ sədri bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq: “Ancaq görünür ki, biz öz başımıza gələnləri, bizə qarşı törədilən soyqırımları dünyaya hələ də tam çatdıra bilməmişik. Ancaq mən inanıram ki, biz fəaliyyətimiz nəticəsində ermənilərin bizə qarşı törətdiyi soyqırımı tezliklə dünyaya çatdıracağıq, haqq-ədalət öz yerini tapacaq”.
A. Paşazadə onu da qeyd edib ki, hazırda müsəlmanların elmə böyük ehtiyacı var: “Çünki hazırda İslam dinindən vəhşi obrazı yaradıb, dünyaya vəhşi sifət kimi təqdim etmək istəyirlər. Əslidə İslam dini özündə elmi mahiyyət daşıyır”.
banner

Oxşar Xəbərlər