• cümə, 29 Mart, 05:49
  • Baku Bakı 7°C

Ermənilər yenə də Bakıya gəldilər

28.06.14 08:19 1135
Ermənilər yenə də Bakıya gəldilər
APA-nın məlumatına görə, iclasda çıxış edən ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç bildirib ki, ATƏT PA parlament demokratiyasının mənbəyidir.
R. Krivokapiç deyib ki, ATƏT PA daxilində siyasi proseslər düzgün qurulmalıdır.
O qeyd edib ki, ATƏT PA Ukrayna böhranından əvvəl müxtəlif addımlar atıb: “Mən Moskva və Kiyevə səfər etdim. Rusiya Dumasının və Ukrayna Ali Radasının sədrləri, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Turçinovla görüşlər keçirdik. Biz bununla bu cür çağırışlara düzgün cavab verə biləcəyimizi ortaya qoyduq”.
R. Krivokapiç ATƏT PA-nın QHT-lərlə əməkdaşlığı genişləndirdiyini də qeyd edib. Onun sözlərinə görə, ATƏT Avropada sülh və sabitliyin əsas sütunlarından biridir.
Daha sonra iclasda suallar və şərhlər üçün vaxt ayrılıb.
Qeyd edək ki, komitənin iclasında Ermənistan parlamentinin üzvləri də iştirak edirlər.
banner

Oxşar Xəbərlər