• çərşənbə, 24 Aprel, 13:24
  • Baku Bakı 27°C

Ermənilər Türkiyə əleyhinə aksiya keçiriblər - Tehranda

17.04.14 12:56 1039
Ermənilər Türkiyə əleyhinə aksiya keçiriblər - Tehranda
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, aprelin 16-da İran vətəndaşı olan ermənilər BMT-nın Tehrandakı ofisinin binasının qarşısına toplaşıb.
Aksiyada Türkiyə hökumətinin Suriya siyasəti pislənilib, rəsmi Ankaradan bu məsələ ilə bağlı siyasətini yenidən nəzərdən keçirməsi istənilib.
Onlar Türkiyə-Suriya sərhədində yerləşən Kəsəb bölgəsində “ən-Nüsra” üzvlərinin erməni kəndinə həyata keçirdikləri hücumu da qınayıb, rəsmi Ankaradan terrorçuları silah-sursatla təmin etməyi dayandırmağı tələb ediblər.
Nümayişçilər BMT və digər beynəlxalq təşkilatlardan Türkiyənin Suriyada müharibə alovunu körükləyən cəhdlərinin qarşısının alınması bu ölkəyə təzyiq göstərməsini istəyiblər.
Aksiya bəyanatın oxunması və qətnamənin BMT-nin Tehrandakı ofisinə təqdim olunması ilə başa çatıb.
Qeyd edək ki, bir qrup erməni aprelin 15-də də İranın İsfahan şəhərində Türkiyə əleyhinə aksiya keçirib.
banner

Oxşar Xəbərlər