AZE | RUS | ENG |

Ermənilər Tərtərdə qəbiristanlığa top atıb, onlarla məzar dağılıb

Ermənilər Tərtərdə qəbiristanlığa top atıb, onlarla məzar dağılıb
Erməni hərbi birləşmələrinin ağır artilleriyadan açdığı atəş nəticəsində yararsız hala düşmüş qaz, su və işıq xətlərinin bərpasına başlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Əskipara kənd sakini İsmayıl Qasımovun həyətyanı torpaq sahəsinə 2 ədəd top mərmisi düşüb. İ. Qasımov bildirib ki, mərmi qəlpələri evin bütün qapı-pəncərəsini, qaz, işıq xətlərini yararsız hala salıb.

Tərtər rayon İcra Hakimiyyətinin baş memarı Tofiq Kərimovun sözlərinə görə, yararsız hala düşmüş bütün evlərə baxış keçirilib, qeydiyyatı aparılıb: “Əskipara, Seydimli, Şıxarx kəndlərində mərmi partlaması nəticəsində ziyan dəymiş bütün evlərə bərpa məqsədilə rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirir, lazımi sənədlər hazırlanıb və adiyyatı üzrə təqdim olunacaq”.

Qeyd edək ki, aprelin 26-da erməni hərbi birləşmələrinin atəşkəsi ağır artilleriyadan pozması nəticəsində yaşayış evləri və əkin sahələrinə onlarla mərmi düşüb. Mərmilərdən biri isə Qarağacı kənd məzarlığında partlayıb. Nəticədə 23 məzara qəlpə dəyib.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967