• cümə axşamı, 28 mart, 13:33
  • Baku Bakı 16°C

Ermənilər son sutka ərzində atəşkəsi 43 dəfə pozub

10.12.16 10:19 869
Ermənilər son sutka ərzində atəşkəsi 43 dəfə pozub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görtə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax, Tovuz və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt,Ağdamrayonunun Cəvahirli, Şuraabad, Sarıcalı,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,XocavəndvəFüzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər