• cümə axşamı, 28 mart, 13:10
  • Baku Bakı 16°C

Ermənilər Rusiyadan izahat tələb edirlər

26.02.20 17:52 1115
Ermənilər Rusiyadan izahat tələb edirlər
Sumqayıt hadisələri haqda yazı işğalçıların narazılığına səbəb olub

Rusiyanın nüfuzlu qəzeti "Nezavisimaya qazeta” nəşrində jurnalist Lev Əsgərovun "Sumqayıt faciəsi. Necə başlanıb və nə olub?” adlı məqaləsi Ermənistanda qalmaqal yaradıb. "Azatutyun” radiosunun erməni xidməti bildirir ki, erməni tərəfinin məsələ ilə bağlı Rusiya nəşrinin baş redaktoruKonstantin Remçukova ünvanladığı sorğular cavabsız qalıb. Ermənistanın Rusiyadakı səfirliyində bu məsələ ilə məşğul olduqlarını və belə bir məqalənin Rusiya qəzetində dərc edilməsini diqqətsiz qoymayacaqlarını deyiblər. Sözügedən məqalədə DTK arxivlərindəki materiallara istinadən iddia edilir ki, ötən əsrin hələ 50-60-cı illərində ermənilər erməni-qriqoryan kilsəsinin köməyi ilə bütün SSRİ ərazisində azərbaycanlılara qarşı gizli təşkilatlar yaradırdılar. 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrə həsr olunmuş yazıda bu da iddia edilir ki, bu faciə erməni millətindən olanların təxribatçılığı ilə törədilib. "Azatutyun” yazır ki, "Sovet Azərbaycanının verdiyi rəsmi məlumata görə, 1988-ci ilin 27-29 fevral Sumqayıt hadisələri zamanı 27 erməni öldürülüb və bu hadisə Avropa Parlamenti və ABŞ Senatı tərəfindən pislənib”. "Azatutyun” şərh üçün Moskvada yaşayan hüquqşünasRuben Kirakosyanamüraciət edib. Vəkil bildirib ki, bu məqalədə tərəfsizlik və obyektivlik prinsipi pozulub, amma Rusiya qanunvericiliyinə görə məqalə əvvəlcə ekspertlər tərəfindən öyrənilməlidir. Bununla belə, Kirakosyan deyib ki, məqaləyə mütləq cavab verilməlidir, çünki "belə zərbələri udmaq olmaz”. Onun fikrincə, ən azı qəzetdən başqa nöqteyi-nəzəri əks etdirən daha bir məqalənin dərci tələb edilməlidir. Hüquqşünasın fikrincə, bu məqalə habelə məhkəmə araşdırmasının predmeti ola bilər.
Qeyd edək ki, Sumqayıtdakı iğtişaş və talanlardan sonra şəhərdə komendant saatı elan edilib. Ermənistanda Sumqayıt hadisələrinin iğtişaş ssenarisinin Moskvada hazırlandığını söyləyənlər də var. Məsələn, Ermənistan prezidentliyinə keçmiş namizəd Paruyr Hayrikyan 1988-ci ilin fevralında Sumqayıtda baş verənlərə görə sovet hakimiyyətini ittiham edib. O, Sumqayıt olaylarını Moskvanın təşkil etdiyi bir iğtişaş adlandırıb. Xatırladaq ki, Rusiya nəşrində müəllif Sumqayıt olayının baş verdiyi ərəfə, bu faciəyə gətirən hadisələr, səbəbkarlar, təqsirkarlar barədə ətraflı söhbət açır. Müəllif L.Əsgərov SSRİ Jurnalistlər İttifaqının, SSRİ və Azərbaycan Yazıçılar ittifaqlarının üzvüdür. Sovet hakimiyyəti illərində "İzvestiya” qəzetinin Azərbaycandakı xüsusi müxbiri, "Trud” qəzetinin Azərbaycan və Dağıstandakı xüsusi müxbiri vəzifələrində çalışıb.
Azər
banner

Oxşar Xəbərlər