• cümə axşamı, 28 mart, 22:22
  • Baku Bakı 13°C

Ermənilər məzar daşlarımızdan özlərinə ev tikirlər - Şok açıqlama

18.11.14 11:37 1043
Ermənilər məzar daşlarımızdan özlərinə ev tikirlər - Şok açıqlama
Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri: “Ermənilər azərbaycanlı əsirləri azərbaycanlıların məzarını sökməyə məcbur ediblər”
Bu gün Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bildirib ki, beynəlxalq hüquqda müharibələr tənqid olunur: “Çünki bir çox insan məhv olur, əsir götürülür, girov götürülür. Bu gün Azərbaycanın üzləşdiyi problem çox fərqlidir. İnsanlar yaşadıqları yerlərdən, dədə-baba yurdlarından deportasiya olunublar. Daha sonra müharibə başlayıb. İndiyə qədər 4 mindən artıq itkin düşmüş şəxs var. Hazırda komissiya onların axtarışı ilə məşğul olur. Dövlət Komissiyasının yaradılmasından keçən 20 il ərzində 1400-dən artıq Azərbaycan vətəndaşının bir qisminin cənazəsi Azərbaycana gətirilib, bir qismi isə erməni girovluğundan azad olunub. Son azərbaycanlının da axtarıb tapılması bizim qarşımıza məqsəd qoyulub”.
F. Sadıqov ermənilərin azərbaycanlıları əsir saxladıqları zaman çox ağır işlərə cəlb etdiklərini təsdiqləyən faktlar olduğunu da bildirib: “Həmin əsirlərdən azərbaycanlıların məzarının sökülməsində istifadə ediblər. Bu, beynəlxalq hüquqa ziddir. Əsirlər hansısa işə cəlb oluna bilməz. Orda bir neçə erməni zabiti məzar daşlarından ev tikdirib içində yaşayır. Onlarda bu dərəcədə nifrət var”.
banner

Oxşar Xəbərlər