AZE | RUS | ENG |

Ermənilər İvanişviliyə qarşı

Ermənilər İvanişviliyə qarşı
Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyan: “İvanişvili kimi insanların allahı puldur”

Gürcüstanda keçirilmiş parlament seçkilərində qalib gələn “Gürcü Arzusu” siyasi koalisiyasının lideri Bidzina İvanişvili nəhayət ki, yeni hökumətin yekun tərkibini elan edib. Yeni Nazirlər Kabinetində qeyd edildiyi kimi baş nazir Bidzina İvanişvili özü olub. Daxili işlər naziri İrakli Qaribaşvili, xarici işlər naziri Maya Pancikidze, müdafiə naziri İrakli Alasaniya, ədliyyə naziri Teya Sulukiani, diaspora işləri üzrə dövlət naziri Kote Surquladze, energetika naziri Kaxa Kaladzedir. Əvvəlki siyahıda Kaxa Kaladze baş nazirin müavini vəzifəsinə irəli sürülmüşdü. Yeni parlamentin ilk iclası isə oktyabrın 20-21-də Kutaisi şəhərində keçiriləcək. İvanişvili bildirib ki, hökumətin tərkibi parlament tərəfindən təsdiq edildikdən sonra ilk iclas oktyabrın 24-də keçiriləcək. Beləliklə, hökumətin tərkibi tam şəkildə formalaşmış oldu və böyük ehtimalla İvanişvili tərəfdarlarının çoxluq təşkil etdiyi yeni parlament də onu təsdiq etmiş olacaq. Artıq bir çoxları Gürcüstanın yeni rəhbərliyinin yürüdəcəyi siyasət üzərində baş sındırırlar. Belə ki, İvanişvilinin qələbə qazandıqdan sonra ilk bəyanatı o oldu ki, ölkə Qərbə və NATO-ya inteqrasiya kursu götürəcək. Lakin böyük ehtimalla bu kütləyə hesablanmış bir bəyanatdır. Belə ki, artıq ölkədə çoxları yaxın gələcəkdə Gürcüstanın MDB-yə üzvlüyü məsələsinin qabardıla biləcəyini irəli sürürlər. İvanişvili həmçinin ötən gün bəyan edib ki, Gürcüstan Soçidə keçiriləcək Qış Olimpiya oyunlarında iştirak edəcək. Bütün bunlar isə Rusiyaya doğru atılan ilk addımlar kimi qarşılanmalıdır. O ki qaldı qonşu Ermənistanla bağlı siyasətə - burada vəziyyət fərqlidir. “Gürcü arzusu” koalisiyasının rəhbəri verdiyi ilk bəyanatlarından birində antierməni ruhlu bəyanat səsləndirərək, separatizmə qarşı olduğunu bəyan etdi. Bu isə erməniləri - xüsusən də Cavahetiyanın separatçı erməni əhalisinin heç ürəyincə olmadı. Erməni icması açıq şəkildə olmasa da, üstüörtülü şəkildə yeni hökuməti şantaj etməyə başlayaraq, onların hüquqlarının qorunmasının vacibliyini önə çəkməyə başladılar. Məlumat üçün deyək ki, yeni çağırış parlamentdə üç erməni deputat təmsil olunur ki, onların cəmi biri “Gürcü arzusu” koalisiyasından seçilib. Həmin şəxs də vaxtilə Samtsxe -Cavahetiya bölgəsində polis rəisi olub və separatçı əməllər törədən erməni fəalı Vaaqn Çaxalyanı həbs edib. Bu səbəbdən də ermənilərin ona qarşı mövqeyi elə də yaxşı deyil. Əvvəlki parlamentdə də üç erməni deputat təmsil olunurdu və onlar da hamısı Saakaşvilinin sədri olduğu “Vahid Milli Birlik” partiyasını təmsil edirdilər. Lakin erməni həyasızlığı və hiyləgərliyi burada da özünü göstərmiş olub. Belə ki, Samtsxe-Cavahetiya erməni təşkilatları İvanişvilinin qələbə çalması ilə bağlı bəyanat yayıblar və orada xüsusi vurğulayıblar ki, “Qızılgül inqilabı” 10 ildən sonra öz bəhrəsini verməyə başlayıb: “Parlament seçkiləri bizim əyalətdə gözlənilən real dəyişikliklərə gətirib çıxaracaq. Gürcüstan xalqını bütün çətinliklərə baxmayaraq, azad seçkilər münasibətilə təbrik edirik. Xalq öz iradəsini ortaya qoydu və rejimi öz idarəsinə yaxınlaşdırdı. İlk dəfə olaraq Gürcüstan müstəqillik qazandıqdan sonra dinc və qanuni yolla hakimiyyətin dəyişməsi prosesi yaşadı”. Bəyanatda həmçinin bildirilib ki, Samtsxe-Cavehetiya bölgəsində səsvermə hakimiyyətin xeyrinə oldu: “Hakimiyyətdən narazılıqlar nəzərə alınarsa, bu fakt onu sübut edir ki, cəmiyyətdə qorxu atmosferi, izləmələr və təhlükələr var. Bu isə bizim regionun demokratiyadan çox-çox uzaq olduğunun göstəricisidir”. Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyan isə bildirir ki, “Gürcü arzusu” ölkədə yaşayan ermənilər üçün gürcü vahiməsinə çevrilməməlidir. Onun sözlərinə görə, Gürcüstan əhalisinin 6,5 faizi azərbaycanlılar, 6 faizi isə ermənilərdir və İtaliyada Berluskonidən necə təhlükə varsa, Gürcüstanda da real olaraq İvanişvilidən belə təhlükə mövcuddur: “Belə insanların allahı puldur. Hər bir şeyin bir qəribə insandan asılı olması təhlükəsi var”. Politoloq onu da bildirib ki, erməni-gürcü münasibətlərinin səviyyəsi Cavax məsələsindən, oradakı erməni məktəbləri və kilsələr ətrafında yaranmış gərginliyin necə həll olunmaslndan asılıdır. Onun qənaətincə, bu məsələlərin həlli gürcü demokratiyası üçün sınaq olacaq: “Bu səbəbdən də indidən proqnozlar vermək tezdir. İstənilən ölkədə oliqarxın ölkəni idarə etməsi məqsədəyğun deyil. Siyasətdə biznes nailiyyətlərdən çox, itkilərə gətirib çıxarır. Bu həm də erməni siyasi xadimlərinə aiddir. Onlar Ermənistan parlamentini biznes kluba çeviriblər. Kirakosyan onu da deyib ki, seçkilər Ermənistan üçün böyük əhəmiyyət kəsb edir. Daha sonra prezident Mixail Saakaşvilinin tənqidinə keçən ekspert hesab edir ki, hakimiyyət dəyişikliyi Gürcüstanın xarici siyasət kursunun dəyişməsinə səbəb olacaq. Bu ilk növbədə Ermənistan üçün böyük əhəmiyyət kəsb edir. Onun qənaətincə, bu ilk növbədə Rusiya ilə münasibətlərin qurulacağı ilə bağlıdır. Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryanın sözlərinə görə, İvanişvilinin dövründə Gürcüstanın xarici siyasəti daha komplementar olacaq: “Saakaşvilidə dəqiq ideoloji trend var idi: Gürcüstanı Qafqazdan Atlantik okeanına aparmaq. İvanişvilidə və onun ətrafındakı şəxslərdə isə bu ideyalar yoxdur. Bu səbəbdən də onlar daha praqmatik mövqe tuta bilərlər. Saakaşvilinin Gürcüstanda kiçik biznesin inkişaf etdirilməsi haqqında danışıqları evdar qadınlar üçün tarixdir. Saakaşvilinin dövründə bu iki dəfə azalıb. Məhz İvanişvilidə ondan yararlanıb qalib gəldi”. Saakaşvilinin tənqid etməkdə dayanmayan politoloq bildirir ki, ilk dəfə ermənilər də səs vermək arzularını ortaya qoydular: “Özü də mövcud hakimiyyətə yox. Cavahetiyadakı ermənilər 2006-cı ildən bəri ilk dəfə olaq ölkədə gedən siyasi proseslərə maraq göstərmək istədilər”. İsgəndəryan İvanişviliyə bu formada yaltaqlanıb. Onun sözlərinə görə, bu seçkidə seçicilərə pul paylanılıb: “Lakin oliqarxların cibindən deyil, büdcədən”. Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917