• cümə axşamı, 28 mart, 23:29
  • Baku Bakı 13°C

Ermənilər işğalçılıqlarını dünyaya unutdurmağa çalışıblar - Tarixçi

23.10.20 12:45 368
Ermənilər işğalçılıqlarını dünyaya unutdurmağa çalışıblar - Tarixçi
Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın haqq işinin beynəlxalq aləmdə tanıdılması üçün məqsədyönlü fəaliyyət göstərib, torpaqlarımızı sülh yolu ilə qaytarmağa çalışıb. Lakin erməni vandalları və onların simasız siyasi rəhbərləri keçən əsrlərin təcrübəsinə dayanaraq işğal edilmiş ərazilərdə möhkəmlənməyə və bütün dünyaya torpaqların işğalını unutdurmağa çalışıblar.
Bunu Trend-ə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev deyib.
Ermənilərin Azərbaycanın artıq müstəqil dövlət olduğunu unutduqlarını deyən V.Baxşəliyev bu gün Azərbaycan tarixində son 100 ildə görünməmiş bir hadisənin baş verdiyini - itirilmiş torpaqlarımızın geri qaytarıldığını söyləyib.
V.Baxşəliyev qeyd edib ki, ermənilər hələ sovet dövründə SSRİ-nin beynəlxalq aləmdən təcrid olmasından istifadə edərək Azərbaycan torpaqlarını mənimsəyib və onları öz torpaqları kimi rəsmiləşdiriblər.
Onun sözlərinə görə, keçmiş Rusiya imperiyasının ərazisində sovet dövlətinin yaranmasının Azərbaycan xalqı üçün faciəvi nəticələri olub. Ermənilər 10 avqust 1920-ci ildə Azərbaycanın siyasi rəhbərliyinin zəifliyindən istifadə edərək Zəngəzur bölgəsi və Şərur-Dərələyəz qəzasını Ermənistana birləşdiriblər.
Tarixçi əlavə edib ki, sovet rəhbərlərinə yarınmaq siyasəti yeridən erməni daşnaklarının səyləri nəticəsində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının on kəndi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarçıvan kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi - ümumilikdə 657 kvadratkilometr Azərbaycan ərazisi Ermənistana verilib:"Bunun 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars müqavilələrinin şərtlərinə zidd olmasına baxmayaraq, ermənilər Sovet dövlətinin beynəlxalq aləmdən təcrid olmasından istifadə edərək bu torpaqları mənimsəmiş və rəsmiləşdirmişlər. 1948-1953-cü illərdə Ermənistan ərazisində yaşayan azərbaycanlılar deportasiyaya məruz qalmış, öz yurd-yuvalarını tərk edib getməyə məcbur olmuşlar. Qısası, sovet hakimiyyəti dövründə babalarımızın bizə miras qoyduğu torpaqların qarış-qarış əlimizdən alınmasına yönəlmiş siyasət davam etdirilib. Bu siyasət 1992-1993-cü illərdə daha da aktivləşib, Azərbayan torpaqlarının 20%-i işğal edilib".

banner

Oxşar Xəbərlər