• cümə axşamı, 28 mart, 19:46
  • Baku Bakı 13°C

Ermənilər işğal etdikləri ərazilərimizdə hərbi təlimlərə başlayıb

18.07.13 11:07 1247
Ermənilər işğal etdikləri ərazilərimizdə hərbi təlimlərə başlayıb
APA-nın xəbərinə görə, partlayışlar ermənilərin nəzarəti altında olan dağ massivlərində və Uzundərə adlanan ərazidə qeydə alınır.
Ermənilərin həmin istiqamətdə hərbi təlimlər keçdiyi ehtimal olunur. Hərbi dairələrdən APA-nın Qarabağ bürosuna bildirilib ki, bu cür partlayış səsləri ağır artilleriya və zirehli texnikalardan açılan atəş üçün xarakterikdir. Partlayış səsləri qonşu Ağcabədi və Bərdə rayonlarının Ağdamla həmsərhəd kəndlərində də eşidilir.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında vaxtaşırı hərbi təlimlər keçirirlər.
banner

Oxşar Xəbərlər