• cümə, 29 Mart, 15:14
  • Baku Bakı 14°C

Ermənilər indi də işğal etdikləri ərazilərimizdə dağları yandırır

19.08.14 10:09 2207
Ermənilər indi də işğal etdikləri ərazilərimizdə dağları yandırır
Ermənistan Ordusunun Dağlıq Qarabağ ərazisində yerləşən hərbi birləşmələri nəzarət etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədib.
Erməni hərbiçiləri Ağdamın işğal altında olan Şahbulaq dağı istiqamətində yüksəkliklərdə yerləşən otlaq və əkin sahələrinə od vurublar.
Yanğının yaxınlıqdakı meşəlik ərazilərə də yayıldığı müşahidə olunur.
Hazırda alovun hektarlarla sahəni əhatə etdiyini təxmin etmək mümkündür./apa/
banner

Oxşar Xəbərlər