• çərşənbə axşamı, 23 aprel, 21:12
  • Baku Bakı 20°C

Ermənilər indi də Ağrı dağına görə UNESCO-ya müraciət edir

25.12.14 18:00 940
Ermənilər indi də Ağrı dağına görə UNESCO-ya müraciət edir
Ermənistanda “İrs” Partiyasından olan deputat Zarui Postancyan Türkiyə ərazisindəki Ağrı dağını (ermənilər onu “Ararat” adlandırır - red.) “erməni qeyri-maddi irs nümunəsi” kimi UNESCO-nun siyahısına salmaq üçün bu təşkilata rəsmi müraciət ünvanlamağı təklif edib.
APA-nın “News.am”a istinadən məlumatına görə, “İrs” Partiyası bununla bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, UNESCO-nun mədəni irs nümunələri siyahısına təklif vermək hüququ Konvensiyaya üzv dövlətlərin hökumətlərinə aid olduğuna görə deputat Zarui Postancyan baş nazir Ovik Abramyana bu məsələ ilə bağlı təklif göndərib: “Sözügedən təşəbbüs Ararat dağının ermənilərin mentalitetinə təsirinin böyük olmasına əsaslanır”.
banner

Oxşar Xəbərlər