Ermənilər Əkrəm Əylisliyə kompensasiya ödəyəcək

Ermənilər Əkrəm Əylisliyə kompensasiya ödəyəcək

Təfsilat
12 Aprel 2013, 14:48 1248
Bu yaxınlarda Ermənistanda nəşr edilən yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri satışa çıxarılacaq.

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, roman aprelin 15-dən etibarən Ermənistanda kitab mağazalarında satılacaq. Bu barədə romanı çap edən “Nork” nəşriyyatının sahibi, publisist Ruben Ovsepyan məlumat verib:

“Kitabın qiyməti hələ müəyyən edilməyib. Düşünürəm ki, bu gün bunu tamamilə həll edəcəyik. Tiraja gəlincə, kitabda 500 nüsxə göstərilməsinə baxmayaraq, böyük ehtimalla 1000 nüsxə buraxılacaq.

Ovsepyan qeyd edib ki, roman ermənidilli jurnalların birində də nəşr ediləcək: “Biz bu kitabı çap etməsəydik ayıb olardı”.

Onun sözlərinə görə, elektron poçt vasitəsilə yazıçı ilə əlaqə saxlayıb romanın erməni dilində çapına icazə almaq və şərtləri müzakirə etmək istəkləri baş tutmayıb: “Yazıçı cavab verməyib, lakin bu o demək deyil ki, romanın tərcüməsinə icazə verməyib. Biz ehtimal edirik ki, bizim mesajlar ona çatmayıb, onun elektron adresi bağlanıb. Mən dünyada elə bir yazıçı tanımıram ki, kitabının erməni dilinə tərcümə olunmasına razılıq verməsin. Əgər Əylisli nə vaxtsa başqa bir ölkəyə getsə və onun hansısa maliyyə və digər problemləri yaransa biz ona müvafiq kompensasiyanı ödəməyə hazırıq”.