Ermənilər cəbhə xəttində yenidən yanğın törədib
Ermənilər işğal altında olan Dağlıq QarabağınXocavəndrayonu ərazisində quru otlara od vurub.
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, işğalçılarXocavəndrayonunun adsız yüksəkliklərində yanğın törədiblər. Alov Ağcabədi vəAğdamın cəbhəyanı yaşayış məntəqələrindən müşahidə olunur. Hazırda alov küləyin təsiri ilə geniş ərazilərə yayılır.