• cümə axşamı, 28 mart, 19:01
  • Baku Bakı 13°C

Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik

18.06.19 11:07 387
Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik
Fransa məhkəməsinin qondarma "Dağlıq Qarabağ Respublikasını” tanımaması böyük qələbədir.
Trend-in məlumatına görə, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir, həmçinin gəncləri sosial şəbəkələrdə diqqətli olmağa, təxribatlara uymamağa çağırıb: "Vətən, millət, dövlətçilik məsələlərində bütün şəxsi mövqelər kənarda durmalıdır. Bizim torpaqlarımız işğal olunubsa, birləşməliyik. Sosial şəbəkələrdə belə məsələləri yazanların 90 faizi ermənilər, digərləri isə öz şəxsi mövqelərindən çıxış edən cılız insanlardır. Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik, hamımız bir olmalıyıq”.
Z.Həsənov Bakıda UEFA-nın Avropa Liqasının final oyununun ermənilər tərəfindən siyasiləşdirilməsi cəhdlərinin boşa çıxdığını bildirib:"Ermənilər çalışdılar ki, nəsə etsinlər, ancaq bütün cəhdlər boşa çıxdı, Azərbaycan yarışı yüksək səviyyədə təşkil etdi. Biz çalışmalıyıq ki, Azərbaycan dövlətçiliyini qoruyaq. 10 minlərlə zabitimiz səngərlərdə qəhrəmanlıq yaradır".
banner

Oxşar Xəbərlər