• cümə, 29 Mart, 01:41
  • Baku Bakı 7°C

Ermənilər böyük bir oyunun piyadasına çevrildiklərinin fərqindədirlər

21.06.21 19:30 277
Ermənilər böyük bir oyunun piyadasına çevrildiklərinin fərqindədirlər
Ermənistan ermənisi böyük bir oyunun piyadasına çevrildiyinin fərqindədir. Erməni seçicisi nəinki azərbaycanlıların, hətta öz xalqının da qatili olan Koçaryanı seçməkdən imtina etdi. Onun təklif etdiyi Şuşanı və Hadrutu almaq çağırışı ermənilərdə ruh yüksəkliyi yox, qorxu və həyacan yaratdı. Çünki Azərbaycanın hərbi gücünə qarşı Ermənistanın qoyacağı hərbi güc yoxdur və hazırda ötən əsrin 90-cı illəri deyil, dünyanın Azərbaycana böyük dəyər verdiyi 2021-ci ildir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, Xocalı qatilinin gəlini Siranuşun axırıncı mitinqdə oxuduğu mahnı da erməniləri onun qaynatasının çağrışlarından daha çox qorxutdu: "Şərabdan başı məst olan birinin Türkiyəyə qarşı təhqir və hədə dolu söylədikləri bu gün Türkiyədə işləyən minləlrə erməninin ailəsinin ilk növbədə yeganə qazanc mənbəyinin itirilməsi demək idi. Erməni seçicisi xaricdə bahalı villada oturub erməniləri növbəti qarşıdurmaya, daha dəqiq desək, növbəti 4 min gəncinin itirilməsinə çağıran milyarder Ara Abramyana, mətbuatı özünün çörək mənbəyinə yox, çörək fabrikinə çevirən Marqarita Simonyana, şou-mətbuatla var-dövlət qazanan, Moskvadan Yerevan generallarına tapşırıqlar verən Aşot Qabrielyanın çağırışlarına da dəstək vermədi. Çünki erməni seçicisinin Ermənistandakı ağır vəziyyətini onların bölüşmədiyi, əksinə, daha da ağırlaşdırmağa çalışdığı gün kimi aydın idi.
Ermənistan ermənisi böyük bir oyunun piyadasına çevrildiyinin fərqindədir, onlar azərbaycanlıların "uzaq qohumdansa, yaxın qonşu yaxşıdır” məsəlini də yaxşı bilirlər. Ancaq hələ də düşdükləri böhrandan aydın yol tapa bilmirlər.
Məncə, seçki öncəsi Ermənistan seçiciləri baş nazirliyə çoxsaylı namizədlərə yox, Azərbaycan Prezidenti cənab İlham Əliyevə qulaq asırdılar. Xankəndidən baxanda görünəcək və səsi eşidləcək Ağdam tramvayı, dünənə qədər kənd rayonu olan Füzulidə beynəlxalq əhəmiyyətli aeroport və onun yaratdığı böyük imkanlar, Ermənistanla sərhəddə Zəngilanın ucqar kəndlərində "ağıllı kənd” layihələrinin həyata keçirilməsi haqqında Prezidentimizin ciddi söhbətlərini ermənilər bizlərdən yaxşı bilirlər".
banner

Oxşar Xəbərlər